HABİL VƏ QABİL sözü ilə əlaqəli ayələr
"HABİL VƏ QABİL" sözü ilə əlaqəli ayələr
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Onlara, Adəmin iki oğlunun əhvalatını həqiqət olaraq danış. Vaxtilə onlar qurban gətirmişdilər. Onlardan birinin (Habilin qurbanı) qəbul olunmuş, digərininki (Qabilin qurbanı) isə qəbul olunmamışdı. (Qurbanı qəbul olunmayan qardaş qısqanclığından qardaşına) demişdi: “Səni mütləq, öldürəcəyəm!” (Qardaşı isə) demişdi: “Allah yalnız müttəqilərdən (qurbanı) qəbul edər.
(Maidə surəsi, 27)📋
- Məni öldürmək üçün mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram.
(Maidə surəsi, 28)📋
- İstəyirəm ki, həm mənim günahımı, həm də öz günahını yüklənib cəhənnəm əhlindən olasan. Zalımların cəzası budur!”
(Maidə surəsi, 29)📋
- Nəfsi onu, qardaşını öldürməyə sövq etdi və onu öldürdü. Buna görə də o, zərər çəkənlərdən oldu.
(Maidə surəsi, 30
)📋