Ey insanlar! Yer üzündəki nemətlərin halal və təmiz olanlarından yeyin, şeytanın addımlarını izləməyin! Həqiqətən, o, sizin açıq-aşkar düşməninizdir.
(Bəqərə surəsi, 168)
Allahın sizə halal və təmiz olaraq verdiyi ruzidən yeyin! İman gətirdiyiniz Allahdan qorxun!
(Maidə surəsi, 88)
Ona görə də əldə etdiyiniz qənimətləri halal və təmiz olaraq yeyin və Allahdan qorxun! Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir.
(Ənfal surəsi, 69)
Əgər yalnız Allaha ibadət edirsinizsə, Onun sizə verdiyi halal və təmiz ruzilərdən yeyin və Allahın nemətinə şükür edin!
(Nəhl surəsi, 114
)