HUNEYN GÜNÜ  sözü ilə əlaqəli ayələr
    "HUNEYN GÜNÜ"  sözü ilə əlaqəli ayələr
    Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Həqiqətən, bir çox yerdə, həmçinin Hüneyn günü (baş verən döyüşdə) Allah sizə yardım etmişdi. O zaman çoxluğunuz xoşunuza gəlmiş, ancaq bu sizə heç bir fayda verməmişdi. Genişliyinə rəğmən yer üzü sizə dar gəlmiş, sonra da geri dönmüşdünüz.
 (Tövbə surəsi, 25)📋
 - Sonra Allah elçiyə və möminlərə sükunət (rahatlıq və arxayınlıq) verdi. O, sizin görmədiyiniz əsgərlər (mələklər) endirdi və inkar edənlərə əzab verdi. İnkar edənlərin cəzası budur!
 (Tövbə surəsi, 26
)📋