KÖYNƏK sözü ilə əlaqəli ayələr
"KÖYNƏK" sözü ilə əlaqəli ayələr
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Onlar (Yusifin) saxta qana bulanmış köynəyini də gətirdilər. (Yaqub elçi) dedi: “Əksinə, nəfsiniz sizə bu (pis) işi gözəl göstərdi. Ona görə də, mənə düşən gözəl bir şəkildə səbir etməkdir. Söylədiklərinizin qarşısında (mənə) yalnız Allah kömək edə bilər”.
(Yusif surəsi, 18)📋
- İkisi də qapıya tərəf qaçdılar. (Züleyxa) onun köynəyini arxadan cırdı. Qapının ağzında (Züleyxanın) əri ilə rastlaşdılar. (Züleyxa) dedi: “Sənin ailənə pislik etmək istəyənin cəzası yalnız zindana atılmaq, yaxud şiddətli bir işgəncədir!”
(Yusif surəsi, 25)📋
- Yusif dedi: “O məni tovlayıb yoldan çıxartmaq istədi!” (Züleyxanın) qohumlarından biri belə şahidlik etdi: “Əgər Yusifin köynəyi qabaqdan cırılmışsa, deməli, (Züleyxa) doğru deyir, o isə yalançılardandır.
(Yusif surəsi, 26)📋
- Əgər onun köynəyi arxadan cırılıbsa, (Züleyxa) yalan deyir, Yusif isə doğru danışanlardandır”.
(Yusif surəsi, 27)📋
- (Züleyxanın əri) Yusifin köynəyinin arxadan cırıldığını gördüyü zaman (Züleyxaya) dedi: “Şübhəsiz ki, bu siz qadınların hiylələrindəndir. Həqiqətən, sizin hiyləniz böyükdür!
(Yusif surəsi, 28)📋
- Mənim bu köynəyimi aparıb atamın üzünə qoyun, o görməyə başlayacaq. Sonra da bütün ailənizlə mənim yanıma gəlin!”
(Yusif surəsi, 93
)📋