KARVAN sözü ilə əlaqəli ayələr
"KARVAN" sözü ilə əlaqəli ayələr
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Onlardan biri dedi: “Yusifi öldürməyin! Əgər hökmən nə isə edəcəksinizsə, onu bir quyunun dibinə atın ki, (oradan keçən) karvanlardan biri onu götürsün”.
(Yusif surəsi, 10)📋
- Yusif onların yüklərini hazırladarkən su qabını qardaşının yükünün arasına qoydu. (Karvan yola düşdükdən) sonra bir carçı belə səsləndi: “Ey karvandakılar, siz həqiqətən, oğrusunuz!”
(Yusif surəsi, 70)📋
- Karvan (Misirdən) ayrılarkən (Kənan diyarındakı) ataları (yanındakılara) dedi: “Əgər məni səfeh hesab etmirsinizsə, (bilin ki,) mən Yusifin qoxusunu alıram”.
(Yusif surəsi, 94
)📋