Mühacirlər və ənsardan (İslam dinini qəbul etmə xüsusunda) ilk önə keçənlərlə yaxşı işlərdə onların ardınca gedənlərə gəldikdə, Allah onlardan, onlar da Allahdan razı olmuşlar. Allah onlar üçün (ağacları) altından çaylar axan və əbədi qalacaqları cənnətlər hazırlamışdır. Bu, böyük uğurdur.
(Tövbə surəsi, 100)
Müsəlmanlardan bir qrupun qəlbi əyriliyə meyil etmək üzrə ikən Peyğəmbərin və çətin vaxtda ona tabe olan mühacirlərlə ənsarın tövbəsini şübhəsiz ki, Allah qəbul etdi. Sonra da onları bağışladı. Həqiqətən, Allah onlara qarşı çox şəfqətli və mərhəmətlidir.
(Tövbə surəsi, 117)
Peyğəmbər möminlərə özlərindən daha yaxındır. Peyğəmbərin zövcələri də onların analarıdır. Qohum olanlar Allahın Kitabına görə (vərəsəlik baxımından) bir-birlərinə digər möminlərdən və mühacirlərdən daha yaxındırlar. Ancaq dostlarınıza vəsiyyət edə bilərsiniz. Bu, kitabda (lövhi-məhfuzda) yazılmışdır.
(Əhzab surəsi, 6
)