MÜSTAĞNİ sözü ilə əlaqəli ayələr
"MÜSTAĞNİ" sözü ilə əlaqəli ayələr
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Kim (Allah yolunda) çalışarsa, yalnız özü üçün (axirəti üçün) çalışmış olar. Şübhəsiz ki, Allah aləmlərə (insanlara) möhtac deyildir. (Ənkəbut surəsi, 6)📋
- Bu ona görədir ki, elçiləri onlara açıq-aşkar möcüzələr gətirir, ancaq onlar: “Bir insanmı bizi doğu yola yönəldəcək?” - deyirdilər. Onlar inkar edib (haqdan) üz döndərdilər. Allah heç bir şeyə möhtac deyildir. Allah zəngindir, hər cür tərifə layiqdir. (Təğabun surəsi, 6)📋
- Ancaq (öyüd-nəsihətə) ehtiyac duymayana gəldikdə, (Əbəsə surəsi, 5)📋
- Sən ona yönəlirsən. (Əbəsə surəsi, 6)📋
- Halbuki sən onun (günahlardan) təmizlənməməsindən məsul deyilsən. (Əbəsə surəsi, 7)📋
- Ancaq kim xəsislik edər, özünü (Allaha) möhtac görməz, (Leyl surəsi, 8)📋
- Və ən gözəl olanı təkzib edərsə, (Leyl surəsi, 9)📋
- Onun üçün də ən çətin olanı asanlaşdırarıq. (Leyl surəsi, 10)📋
- Xeyr! Həqiqətən, insan çox azğınlıq edir. (Ələq surəsi, 6)📋
- Çünki o, özünün heç bir şeyə ehtiyacı olmadığını düşünür. (Ələq surəsi, 7)📋