QİYAM ETMƏK sözü ilə əlaqəli ayələr
"QİYAM ETMƏK" sözü ilə əlaqəli ayələr
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Onların qəlbinə qüvvət (cəsarət) verdik. Bu zaman onlar (hökmdarın qarşısında) ayağa qalxaraq belə demişdilər: “Bizim Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz Ondan başqa heç bir ilaha dua etmərik! Yoxsa, haqdan uzaq bir şey söyləmiş olarıq.
(Kəhf surəsi, 14)📋
- Bir zaman İbrahim üçün Evin (Kəbənin) yerini hazırlamışdıq (və belə demişdik): “Heç bir şeyi Mənə şərik qoşma! Təvaf edən, qiyamda duran, rüku edən və səcdəyə qapanan kimsələr üçün Mənim evimi təmiz saxla!”
(Həcc surəsi, 26)📋
- O Allah ki, namaza durduğun zaman səni görür.
(Şuəra surəsi, 218)📋
- (Ey elçi!) De: “Mən sizə yalnız bir öyüd verəcəyəm. Allah üçün iki-iki, bir-bir ayağa qalxın, sonra da düşünün! Sizin yoldaşınızda (Məhəmməddə) heç bir dəlilik yoxdur. O, yalnız şiddətli bir əzab gəlmədən əvvəl sizi xəbərdar edən bir elçidir”.
(Səba surəsi, 46
)📋