QUYU sözü ilə əlaqəli ayələr
"QUYU" sözü ilə əlaqəli ayələr
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Onlardan biri dedi: “Yusifi öldürməyin! Əgər hökmən nə isə edəcəksinizsə, onu bir quyunun dibinə atın ki, (oradan keçən) karvanlardan biri onu götürsün”.
(Yusif surəsi, 10)📋
- (Qardaşları) onu aparıb quyunun dibinə atmaq üçün sözləşdikləri zaman Biz Yusifə belə vəhy etdik: “Həqiqətən, etdikləri bu işi gözləmədikləri bir vaxtda sən onlara xəbər verəcəksən!”
(Yusif surəsi, 15)📋
- (Xalqı) zülm edərkən məhv etdiyimiz neçə-neçə məmləkət vardır ki, indi oranın divarları, çökən tavanlarının üstünə aşmışdır. Neçə-neçə xaraba qalmış su quyuları və (içində heç kimin yaşamadığı) yüksək saraylar da vardır.
(Həcc surəsi, 45
)📋