SAMİRİ sözü ilə əlaqəli ayələr
"SAMİRİ" sözü ilə əlaqəli ayələr
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Allah dedi: “Biz səndən sonra qövmünü sınağa çəkdik. Samiri onları doğru yoldan çıxartdı.
(Taha surəsi, 85)📋
- Buna görə də Musa qəzəbli və kədərli bir halda qövmünün yanına qayıdıb dedi: “Ey qövmüm! Rəbbiniz sizə gözəl bir vəd verməmişdimi? (Sizdən ayrı qaldığım) zamanmı sizə uzun gəldi, yoxsa Rəbbinizdən sizə bir qəzəb gəlməsinimi istədiniz ki, mənə verdiyiniz sözünüzdən döndünüz?”
(Taha surəsi, 86)📋
- Onlar dedilər: “Sənə verdiyimiz sözdən öz iradəmizlə dönmədik. Ancaq biz (Firon) qövmünün zinət əşyalarından ibarət bir yükü gətirmişdik. Onları (oda) atdıq. Samiri də atdı”.
(Taha surəsi, 87)📋
- (Samiri) onlar üçün böyürən bir buzov heykəli düzəltdi. Onlar da belə dedilər: “Bu sizin də, Musanın da ilahıdır. Lakin o (bunu) unutmuşdur”.
(Taha surəsi, 88)📋
- Bəs onlar (buzovun) cavab verə bilmədiyini və onlara nə bir zərər, nə də bir xeyir verməyə qadir olmadığını görmürlərmi?!
(Taha surəsi, 89)📋
- Həqiqətən, Harun daha əvvəl onlara: “Ey qövmüm! Siz onunla ancaq sınağa çəkildiniz. Sizin Rəbbiniz şübhəsiz ki, Rəhmandır. Ona görə də mənə uyun və əmrimə itaət edin!” - demişdi.
(Taha surəsi, 90)📋
- Onlar: “Musa yanımıza qayıdana qədər ona (buzova) sitayiş etməkdən əsla əl çəkməyəcəyik!” - dedilər.
(Taha surəsi, 91)📋
- (Musa qayıtdıqda) dedi: “Ey Harun! Onların (haqq yoldan) azdıqlarını gördüyün zaman sənə nə mane oldu ki,
(Taha surəsi, 92)📋
- Mənim yolumdan getmədin? Sən mənim əmrimə qarşı çıxdın?”
(Taha surəsi, 93)📋
- (Harun) dedi: “Ey anamın oğlu! Saçımı, saqqalımı burax! Sənin: “İsrail oğullarının arasına ayrılıq saldın və mənim dediklərimə riayət etmədin!” - deməyindən qorxdum.
(Taha surəsi, 94)📋
- (Musa) dedi: “Ey Samiri! Sənin məqsədin nədir?”
(Taha surəsi, 95)📋
- (Samiri) dedi: “Mən onların görmədiklərini gördüm. Belə ki, elçinin ləpirindən bir ovuc (torpaq) alıb onu (ərimiş zinət əşyalarının içinə) atdım. Nəfsim bunu mənə gözəl göstərdi”.
(Taha surəsi, 96)📋
- (Musa) dedi: “Elə isə, çıx get! Həyatın boyu: “Mənə yaxınlaşmayın!” - deməli olacaqsan. Həmçinin qurtula bilməyəcəyin bir əzab günü də səni gözləyir. Sitayiş etdiyin ilahına bax! Onu mütləq yandıracaq, sonra da dənizə tullayacağıq.
(Taha surəsi, 97)📋
- Sizin ilahınız Özündən başqa heç bir ilah olmayan Allahdır! O, elmi ilə hər şeyi əhatə etmişdir”.
(Taha surəsi, 98
)📋