SEHR sözü ilə əlaqəli ayələr
"SEHR" sözü ilə əlaqəli ayələr
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- O zaman Allah belə buyuracaq: “Ey Məryəm oğlu İsa, sənə və anana olan nemətimi xatırla! Vaxtilə Mən səni müqəddəs ruhla dəstəkləmişdim. Sən həm beşikdə, həm də yetkin çağında insanlarla danışırdın. O vaxt sənə kitabı, hikməti, Tövratı və İncili öyrətdim. İznimlə palçıqdan quşa bənzər bir şey düzəldir və ona üfürürdün, o da iznimlə quşa çevrilirdi. Həmçinin iznimlə anadangəlmə kora və cüzamlı xəstəyə şəfa verirdin və Mənim iznimlə ölüləri (yerdən dirildib) çıxardırdın. İsrail oğullarını da səndən (səni öldürməkdən) dəf etmişdim. Sən onlara açıq-aşkar dəlillər gətirdiyin zaman onlardan inkar edənlər: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir!” - demişdilər.
(Maidə surəsi, 110)📋
- Sehrbazlar Fironun yanına gələrək: “Əgər qalib gəlsək, bizə həqiqətən, bir mükafat veriləcək!” - dedilər.
(Əraf surəsi, 113)📋
- Musa: “Siz atın!” - dedi. Onlar (əllərindəki ipləri və çomaqları) atdıqları zaman insanların gözlərini sehrlədilər və onları qorxudaraq böyük bir sehr göstərdilər.
(Əraf surəsi, 116)📋
- Sehrbazlar isə səcdəyə qapandılar.
(Əraf surəsi, 120)📋
- Elə isə mütləq sənə onun kimi bir sehr göstərəcəyik. Bizimlə öz aranda bizim də, sənin də etiraz etməyəcəyin münasib bir məkan və vaxt təyin et!”
(Taha surəsi, 58)📋
- (Sehrbazlar) dedilər: “Həqiqətən, bu ikisi sehrləri vasitəsilə sizi yurdunuzdan çıxartmaq və sizin nümunəvi yolunuzu yox etmək istəyən sehrbazlardır.
(Taha surəsi, 63)📋
- Musa: “Xeyr, siz atın!” - dedi. Bu zaman onların sehri nəticəsində ona elə gəldi ki, onların ipləri və çomaqları (ilan kimi) sürünür.
(Taha surəsi, 66)📋
- Xətalarımızı və sənin bizə zorla etdirdiyin sehri bağışlaması üçün Rəbbimizə iman etdik. Allah daha xeyirlidir və əbədidir!”
(Taha surəsi, 73
)📋