SONSUZ sözü ilə əlaqəli ayələr
"SONSUZ" sözü ilə əlaqəli ayələr
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Zəkəriyya dedi: “Ey Rəbbim! Mən qocaldığım, zövcəm də qısır olduğu halda mənim necə oğlum ola bilər?” Allah buyurdu: “(Bəli,) Elədir, (ancaq) Allah dilədiyini edər”. (Ali İmran surəsi, 40)📋
- Doğrusu mən özümdən sonra gələn qohumlarımdan qorxuram. Zövcəm də qısırdır. Ona görə də Öz tərəfindən mənə bir dost (oğul) ver! (Məryəm surəsi, 5)📋
- O dedi: “Ey Rəbbim! Zövcəm qısır, özüm də qocalığın son həddinə çatdığım halda mənim necə oğlum ola bilər?” (Məryəm surəsi, 8)📋
- Yaxud onlara oğlan və qız uşağı olmaqla hər ikisindən verər. İstədiyini də sonsuz edər. Şübhəsiz ki, O, hər şeyi biləndir, hər şeyə qadirdir. (Şura surəsi, 50)📋
- Onun zövcəsi (Sara) qışqıraraq gəldi və əlini üzünə vuraraq: “Mən sonsuz bir qoca qarıyam!” - dedi. (Zəriyət surəsi, 29)📋