TƏHLÜKƏSİZ OLMAQ sözü ilə əlaqəli ayələr
"TƏHLÜKƏSİZ OLMAQ" sözü ilə əlaqəli ayələr
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Yoxsa o məmləkətlərin əhalisi, əzabımızın onlara gecə yatarkən gəlməyəcəyindən əmin idilərmi?!
(Əraf surəsi, 97)📋
- Yaxud o məmləkətlərin əhalisi, əzabımızın onlara gündüz əylənərkən gəlməyəcəyindən əmin idilərmi?!
(Əraf surəsi, 98)📋
- Yoxsa onlar Allahın məkrindən (əzabından) əmin idilərmi?! Ziyana uğrayan qövmdən başqası Allahın məkrindən əmin ola bilməz.
(Əraf surəsi, 99)📋
- Yoxsa onlar Allahın hər şeyi bürüyən əzabının gəlməyəcəyindən, yaxud özlərinin də xəbəri olmadan qiyamətin qəfildən qopmayacağından əmindirlərmi?!
(Yusif surəsi, 107)📋
- Hər kim yaxşı əməllərlə (Allahın hüzuruna) gələrsə, onun üçün ondan daha yaxşısı vardır. Onlar o gün dəhşətli qorxudan əmin olacaqlar.
(Nəml surəsi, 89)📋
- Əsanı at!” Musa əsanın ilan kimi hərəkət etdiyini görən kimi arxasına baxmadan dönüb qaçdı. (Allah buyurdu:) “Ey Musa! Geri gəl, qorxma! Şübhəsiz ki, sən əminlikdəsən.
(Qəsas surəsi, 31)📋
- (Müşriklər:) “Əgər biz səninlə birlikdə doğru yola tabe olsaq, yurdumuzdan çıxarılarıq”, - dedilər. Biz onları Öz tərəfimizdən bir ruzi olaraq hər cür meyvənin gətirildiyi, təhlükəsiz və müqəddəs bir yerdə (Məkkədə) məskunlaşdırmadıqmı?! Lakin onların çoxu bunu bilməz.
(Qəsas surəsi, 57)📋
- Ayələrimiz barəsində əyri yolu tutanlar, əlbəttə, Bizdən gizli qalmazlar. Cəhənnəmə atılan daha yaxşıdır, yoxsa qiyamət günü əmin-amanlıqda olan?! Siz istədiyinizi edin. Həqiqətən, Allah sizin etdiklərinizi görür.
(Fussilət surəsi, 40
)📋