ZÜLQƏRNEYN sözü ilə əlaqəli ayələr
"ZÜLQƏRNEYN" sözü ilə əlaqəli ayələr
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Sənə Zülqərneyn barəsində də sual verirlər. De ki: “Sizə ondan bəhs edəcəyəm”.
(Kəhf surəsi, 83)📋
- Həqiqətən, Biz onu yer üzündə iqtidar və güc sahibi etdik, ona hər yerin yolunu öyrətdik.
(Kəhf surəsi, 84)📋
- Beləcə o, bir yol tutub getdi.
(Kəhf surəsi, 85)📋
- Nəhayət, günəşin batdığı yerə gəlib çatanda onu palçıqlı bir gölməçədə batan gördü. Gölməçənin yanında da bir qövm gördü. Biz: “Ey Zülqərneyn! Ya (onlara) əzab verməli, ya da onlar barəsində yaxşılıq yolunu tutmalısan!” – dedik.
(Kəhf surəsi, 86)📋
- O dedi: “Haqsızlıq edənə əzab verəcəyik. Sonra o Rəbbinə qaytarılacaq və (Rəbbi) ona görünməmiş bir əzab verəcək.
(Kəhf surəsi, 87)📋
- İman edib saleh əməl edən kimsəyə gəldikdə, onun üçün ən gözəl mükafat vardır. Biz ona asan işləri buyuracağıq”.
(Kəhf surəsi, 88)📋
- Sonra o, yoluna davam etdi.
(Kəhf surəsi, 89)📋
- Nəhayət, günəşin doğduğu yerə çatanda onu bir qövmün üzərində doğarkən gördü. Biz onlar üçün günəşə qarşı heç bir örtük yaratmamışdıq.
(Kəhf surəsi, 90)📋
- Beləliklə, biz “mahiyyəti əhatə edən bilik olduğunu” tamamilə əhatə etmişdik.
(Kəhf surəsi, 91)📋
- Sonra o, yenə yoluna davam etdi.
(Kəhf surəsi, 92)📋
- Nəhayət, iki sədd arasına çatdığı zaman onların önündə demək olar ki, heç bir sözü anlamayan bir tayfa gördü.
(Kəhf surəsi, 93)📋
- Onlar dedilər: “Ey Zülqərneyn! Həqiqətən, Yəcuc və Məcuc (tayfaları) bu ərazidə fitnə-fasad törədirlər. Bizimlə onların arasında bir sədd çəkəsən deyə sənə müəyyən məbləğ verəkmi?”
(Kəhf surəsi, 94)📋
- O dedi: “Rəbbimin mənə verdiyi səltənət və qüdrət daha yaxşıdır. Siz (iş) qüvvənizlə mənə kömək edin, mən də sizinlə onlar arasında möhkəm bir sədd çəkim.
(Kəhf surəsi, 95)📋
- Mənə dəmir parçaları gətirin!” Nəhayət, iki dağın arasını eyni səviyyəyə gətirdiyi zaman o: “(Körükləri) üfürün!” - dedi. Onu od halına saldığı zaman: “Mənə gətirin, onun üzərinə ərimiş qatran töküm!” - dedi.
(Kəhf surəsi, 96)📋
- Beləcə (Yəcuc-Məcuc tayfaları) nə o səddi aşa bildilər, nə də onu deşib keçə bildilər.
(Kəhf surəsi, 97)📋
- (Zülqərneyn) dedi: “Bu, Rəbbimdən gələn bir mərhəmətdir. Ancaq Rəbbimin vədi gəldiyi zaman O, bu səddi yerlə yeksan edəcəkdir. Rəbbimin vədi haqdır”.
(Kəhf surəsi, 98)📋