ZİNDAN sözü ilə əlaqəli ayələr
"ZİNDAN" sözü ilə əlaqəli ayələr
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- İkisi də qapıya tərəf qaçdılar. (Züleyxa) onun köynəyini arxadan cırdı. Qapının ağzında (Züleyxanın) əri ilə rastlaşdılar. (Züleyxa) dedi: “Sənin ailənə pislik etmək istəyənin cəzası yalnız zindana atılmaq, yaxud şiddətli bir işgəncədir!”
(Yusif surəsi, 25)📋
- (Züleyxa) dedi: “Barəsində məni qınadığınız (cavan oğlan) budur. Onu tovlayıb yoldan çıxartmaq istədim, ancaq o imtina etdi. Əgər o mənim əmrimi yerinə yetirməzsə, mütləq, zindana atılacaq və zəlil olacaqdır”.
(Yusif surəsi, 32)📋
- Yusif dedi: “Ey Rəbbim! Zindan mənim üçün onların məni dəvət etdiklərindən daha yaxşıdır. Əgər onların hiyləsini məndən uzaqlaşdırmasan, onlara meyil salar və cahillərdən olaram”.
(Yusif surəsi, 33)📋
- Sonra (vəzir və yanındakılar) dəlilləri görmələrinə baxmayaraq onu müəyyən bir müddətə qədər zindanda həbs etmək qərarına gəldilər.
(Yusif surəsi, 35)📋
- Onunla birlikdə iki gənc də zindana girdi. Onlardan biri: “Mən (yuxuda) şərab sıxdığımı gördüm”, - dedi. Digəri isə: “Mən başımın üstündə bir çörək apardığımı gördüm. Quşlar da o çörəkdən yeyirdilər. Bunun yozumunu bizə xəbər ver! Həqiqətən, biz sənin xeyirxahlardan olduğunu görürük”, - dedi.
(Yusif surəsi, 36)📋
- Ey zindan yoldaşlarım, müxtəlif ilahlar daha yaxşıdır, yoxsa hər şeyə qadir olan tək Allah?!
(Yusif surəsi, 39)📋
- Ey zindan yoldaşlarım! (Yuxunuzun yozumuna gəldikdə,) Sizdən biriniz yenə ağasına şərab içirdəcək, digəri isə asılacaq və quşlar onun başını yeyəcəklər. Soruşduğunuz məsələ barəsində hökm verilmişdir”.
(Yusif surəsi, 41)📋
- Yusif o ikisindən xilas olacağını bildiyi kimsəyə dedi: “Ağanın yanında məni də yad et!” Ancaq şeytan ona ağasının yadına salmağı unutdurdu və Yusif bir neçə il daha zindanda qaldı.
(Yusif surəsi, 42)📋
- (Yusif) ata-anasını taxtın üzərinə oturtdu. Onlar (ata-anası və qardaşları) onun üçün səcdə etdilər. (Yusif) dedi: “Atacan! Bu, daha əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim onu gerçəkləşdirdi. Həqiqətən, O mənə (çoxlu nemətlər) lütf etdi. Çünki məni zindandan çıxartdı və şeytan, mənimlə qardaşlarımın arasını vurduqdan sonra sizi səhradan (bura) gətirdi. Həqiqətən, Rəbbim dilədiyinə lütf edəndir. O həqiqətən, hər şeyi biləndir, hikmət sahibidir.
(Yusif surəsi, 100
)📋