ZƏQQUM sözü ilə əlaqəli ayələr
"ZƏQQUM" sözü ilə əlaqəli ayələr
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Ziyafət olaraq bu yaxşıdır, yoxsa zəqqum ağacı? (Saffat surəsi, 62)📋
- Həqiqətən, Biz onu (zəqqum ağacını) zalımlar üçün bir imtahan etdik. (Saffat surəsi, 63)📋
- Həqiqətən, o, cəhənnəmin dibində bitən bir ağacdır. (Saffat surəsi, 64)📋
- Onun tumurcuqları şeytanların başlarına bənzəyir. (Saffat surəsi, 65)📋
- Onlar mütləq ondan yeyəcək və qarınlarını onunla dolduracaqlar. (Saffat surəsi, 66)📋
- Zəqqum ağacı! (Duxan surəsi, 43)📋
- O, günahkarların yeməyidir. (Duxan surəsi, 44)📋
- O, əridilmiş yağ kimi qarınlarda qaynayar. (Duxan surəsi, 45)📋
- Qaynayan su kimi! (Duxan surəsi, 46)📋
- Şübhəsiz ki, zəqqum ağacından yeyəcəksiniz. (Vaqiə surəsi, 52)📋
- Qarınlarınızı onunla dolduracaqsınız. (Vaqiə surəsi, 53)📋