Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
(Allah yolunda) infaq etdiyiniz hər hansı bir sədəqəni və ya nəziri şübhəsiz ki, Allah bilir. Zülm edənlərin isə (qiyamət günü) heç bir köməkçisi olmayacaqdır.
(Bəqərə surəsi, 270)
Bir zaman İmranın zövcəsi belə demişdi: “Ey Rəbbim, mən bətnimdəkini azad bir bəndə olaraq Sənin üçün nəzir etdim. (Onu) məndən qəbul et! Şübhəsiz ki, Sən eşidənsən, bilənsən”.
(Ali İmran surəsi, 35)
(Bunlardan) ye, iç! Gözün aydın olsun! Əgər insanlardan kimisə görsən, de ki: “Mən Rəhman (olan Allah) üçün (susma) orucu tutmağı nəzir eləmişəm. Ona görə də bu gün heç bir insanla danışmayacağam!”
(Məryəm surəsi, 26)
Sonra (dırnaqlarını kəsməklə, saçlarını, qoltuq altı və övrət yerlərini qırxmaqla) kirlərini təmizləsinlər, nəzirlərini yerinə yetirsinlər və qədim evi (Kəbəni) təvaf etsinlər!
(Həcc surəsi, 29)
Onlar verdikləri sözü yerinə yetirər və vahiməsi hər yeri bürüyəcək o gündən qorxarlar.
(İnsan surəsi, 7
)