Allahın dəstəyi daima yanlarındadır MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Allahın dəstəyi daima yanlarındadır" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Şübhəsiz ki, mənim himayədarım Kitabı (Quranı) nazil edən Allahdır. O, saleh əməl sahiblərini himayə edər. (Əraf surəsi, 196)📋
- Allah (lövhi-məhfuzda): “Mən və elçilərim mütləq qalib gələcəyik!” - deyə yazmışdır. Allah güclüdür, qüdrətlidir. (Mücadilə surəsi, 21)📋
- Onlara mütləq yardım olunacaqdır. (Saffat surəsi, 172)📋
- Şübhəsiz ki, Bizim əsgərlərimiz qalib gələcəklər. (Saffat surəsi, 173)📋
- Əgər siz ona (elçiyə) yardım etməsəniz, (bilin ki,) inkar edənlər ikinin ikincisini çıxartdıqları zaman Allah ona yardım etmişdi. İkisi mağarada ikən o, öz dostuna: “Kədərlənmə! Şübhəsiz ki, Allah bizimlə bərabərdir”, - deyirdi. Beləcə, Allah ona əminlik verdi, sizin görmədiyiniz əsgərlərlə (mələklərlə) onu dəstəklədi və inkar edənlərin sözünü alçaltdı. Allahın sözü isə ucadır. Allah yenilməz qüvvət və hikmət sahibidir. (Tövbə surəsi, 40)📋
- Onlara yardım etdik və onlar (düşmənə) qalib gəldilər. (Saffat surəsi, 116)📋
- Ruhdan düşməyin və kədərlənməyin! Əgər həqiqətən iman etmisinizsə, üstün olan sizsiniz! (Ali İmran surəsi, 139)📋
- Əgər onlar səni aldatmaq istəsələr, (bil ki,) Allah sənə yetər. O, köməyi ilə və möminlərlə səni dəstəkləyir. (Ənfal surəsi, 62)📋