Allaha yaxınlaşmaq üçün cəhd edərlər MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Allaha yaxınlaşmaq üçün cəhd edərlər" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Səbir etdiklərinə görə onlardan əmrimizlə haqq yolu göstərən rəhbərlər təyin etdik. Onlar ayələrimizə yəqinliklə inanırdılar. (Səcdə surəsi, 24)📋
- Ey iman edənlər! Allahdan qorxun, ona vəsilə axtarın və Onun yolunda cihad edin ki, bəlkə nicat tapasınız. (Maidə surəsi, 35)📋
- Onlar: “Ey Rəbbimiz! Bizə gözümüzü aydınladan zövcə və nəsillər bəxş et və bizi müttəqilərə rəhbər et!” – deyərlər. (Furqan surəsi, 74)📋
- Məhz bunlar yaxşı işlər görməyə tələsər və bunun üçün yarışarlar. (Muminun surəsi, 61)📋
- Sonra Kitabı bəndələrimizin arasından seçdiklərimizə verdik. Onlardan özünə zülm edən də, orta yolu tutan da, Allahın izni ilə yaxşı işlərdə irəli keçən də vardı. Böyük fəzilət budur. (Fatir surəsi, 32)📋
- (Yaxşı əməldə) öndə olanlar (mükafatda da) öndədirlər! (Vaqiə surəsi, 10)📋
- Onlar Allaha yaxın kimsələrdir. (Vaqiə surəsi, 11)📋