Cəsur və qərarlıdırlar MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Cəsur və qərarlıdırlar" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Möminlər o kəslərdir ki, Allaha və elçisinə iman edər, sonra da bundan əsla şübhəyə düşməz və Allah yolunda malları və canları ilə cihad edərlər. Məhz onlar sadiq olanlardır. (Hucurat surəsi, 15)📋
- İxtilafa düşdüyünüz hər bir şeyin hökmü Allaha məxsusdur. (De:) “Mənim Rəbbim məhz bu Allahdır! Mən Ona təvəkkül edir və Ona yönəlirəm”. (Şura surəsi, 10)📋
- Elçiyə nazil olanı eşitdikləri zaman bildikləri həqiqətə görə onların gözlərindən yaş axdığını görərsən. Onlar deyərlər: “Ey Rəbbimiz! Biz iman etdik. Bizi (haqqa) şahid olanlarla birlikdə yaz! (Maidə surəsi, 83)📋