Dünya həyatına qapılmamaq MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Dünya həyatına qapılmamaq" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Mal-mülk və övladlar dünya həyatının zinətidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab və ümid bağlamaq etibarilə daha xeyirlidir. (Kəhf surəsi, 46)📋
- Dünya həyatı yalnız oyun və əyləncədən ibarətdir. Əgər iman edib Allahdan qorxsanız, O sizin mükafatınızı verəcəkdir. O sizdən bütün mal-dövlətinizi istəmir. (Məhəmməd surəsi, 36)📋
- Sizi bizə yaxınlaşdıran nə malınızdır, nə də övladlarınız. İman edib yaxşı işlər görənlər isə bundan istisnadır. Onlar üçün etdikləri əməllərin qat-qat çoxu vardır. Onlar (cənnətdəki) otaqlarda əmin-amanlıq içində olacaqlar. (Səba surəsi, 37)📋