Kifayətlənməyi bilməzlər MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Kifayətlənməyi bilməzlər" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Yaratdığım o kimsəni Mənə burax! (Müddəssir surəsi, 11)📋
- Mən ona çoxlu mal-mülk verdim. (Müddəssir surəsi, 12)📋
- Yanındakı övladlar verdim. (Müddəssir surəsi, 13)📋
- Ona hər cür imkanlar verdim. (Müddəssir surəsi, 14)📋
- Bundan sonra o, yenə də (bu imkanları) artırmağımı istəyir. (Müddəssir surəsi, 15)📋
- Şübhəsiz ki, sənin Rəbbin daim nəzarət edir. (Fəcr surəsi, 14)📋
- İnsana gəlincə, nə zaman Rəbbi onu sınamaq üçün ehtiram göstərib ona nemət bəxş etsə, o: “Rəbbim mənə ehtiram göstərdi!” - deyər. (Fəcr surəsi, 15)📋
- Ancaq Rəbbi onu sınamaq üçün ruzisini azaltsa, o dərhal: “Rəbbim məni alçaltdı (pərişan etdi)!” - deyər. (Fəcr surəsi, 16)📋