Sözlərinə sadiqdirlər MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Sözlərinə sadiqdirlər" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Onlar Allaha verdikləri vədi yerinə yetirən və əhdi pozmayan kimsələrdir. (Rad surəsi, 20)📋
- Xeyr! Kim öz əhdinə vəfa göstərər və (pis əməllərdən) çəkinərsə, (bilsin ki,) həqiqətən, Allah müttəqiləri sevər. (Ali İmran surəsi, 76)📋
- Əhd (müqavilə) bağladığınız zaman Allaha verdiyiniz əhdi yerinə yetirin və Allahı şahid göstərərək andları möhkəmləndirdikdən sonra onu pozmayın! Həqiqətən, Allah sizin etdiklərinizi yaxşı bilir. (Nəhl surəsi, 91)📋
- Möminlər o kəslərdir ki, əmanətlərinə və verdikləri sözlərə riayət edərlər, (Muminun surəsi, 8)📋
- Onlar verdikləri sözü yerinə yetirər və vahiməsi hər yeri bürüyəcək o gündən qorxarlar. (İnsan surəsi, 7)📋