İmtahan üçün dünya həyatını yaradandır MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"İmtahan üçün dünya həyatını yaradandır" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- İnsanlar imtahana çəkilmədən yalnız: “İman etdik!” - deməklə onlardan əl çəkiləcəyinimi hesab edirlər?
(Ənkəbut surəsi, 2)📋
- Şübhəsiz ki, Biz onlardan əvvəlkiləri də imtahana çəkmişdik. Allah doğru söyləyənləri də, yalançıları da, əlbəttə, bilir.
(Ənkəbut surəsi, 3)📋
- Biz onlardan (insanlardan) hansının daha gözəl əməl sahibi olduğunu yoxlamaq üçün yer üzündəki hər şeyi, ona məxsus bir zinət olaraq yaratdıq.
(Kəhf surəsi, 7)📋
- Həqiqətən, içinizdən cihad edənləri və səbir edənləri ortaya çıxarana qədər sizi sınayacaq və haqqınızdakı xəbərləri yoxlayacağıq.
(Məhəmməd surəsi, 31)📋
- Şübhəsiz ki, Biz insanı sınamaq üçün qarışıq bir nütfədən yaratdıq, sonra da onu eşidən və görən bir varlıq halına gətirdik.
(İnsan surəsi, 2)📋
- Biz ona doğru yolu göstərdik. Bundan sonra istər şükür etsin, istər nankor olsun.
(İnsan surəsi, 3)📋