Şəfa verəndir MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Şəfa verəndir" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Biz Qurandan möminlər üçün şəfa və rəhmət olan, zalımların isə yalnız ziyanını artıran ayələr nazil edirik.
(İsra surəsi, 82)📋
- Xəstələndiyim zaman O mənə şəfa verir.
(Şuəra surəsi, 80)📋
- Ey insanlar! Rəbbinizdən sizə öyüd-nəsihət, qəlbdəki (şirk və şübhə kimi xəstəliklər) üçün şəfa və möminlər üçün hidayət və mərhəmət (olan Quran) gəlmişdir.
(Yunis surəsi, 57)📋