Ruzi verəndir MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Ruzi verəndir" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- O məni yedirir və içirir.
(Şuəra surəsi, 79)📋
- Yer üzündə elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin. Allah onların məskunlaşdığı yeri də, (öldükdən sonra) qoyulacaqları yeri də bilir. Bunların hamısı açıq-aydın bir kitabdadır.
(Hud surəsi, 6)📋
- Bu, Allahın onları etdikləri əməllərin ən gözəli ilə mükafatlandırması və Öz lütfündən onlara daha çox verməsi üçündür. Allah dilədiyinə saysız-hesabsız ruzi verər.
(Nur surəsi, 38)📋
- Əgər Allah bəndələrinə ruzini bol-bol versəydi, onlar yer üzündə azğınlaşardılar. Lakin O, (ruzini) istədiyi qədər ölçü ilə endirir. Həqiqətən, O, bəndələrindən xəbərdardır, hər şeyi görəndir.
(Şura surəsi, 27)📋
- Allah dilədiyi kimsəyə ruzisini bol verər, dilədiyinin ruzisini də azaldar. Onlar dünya həyatı ilə sevinib təkəbbürləndilər. Halbuki dünya həyatı axirət ilə müqayisədə yalnız müvəqqəti mənfəətdən ibarətdir.
(Rad surəsi, 26)📋