Hesab gününü yaradandır MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Hesab gününü yaradandır" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Qiyamət qopduğu zaman!
(Vaqiə surəsi, 1)📋
- Onun qopacağını heç kim inkar edə bilməz.
(Vaqiə surəsi, 2)📋
- O (istehza edərək): “Qiyamət günü nə zaman olacaq?” - deyə soruşur.
(Qiyamət surəsi, 6)📋
- Göz bərəldiyi zaman,
(Qiyamət surəsi, 7)📋
- Ay tutulduğu zaman,
(Qiyamət surəsi, 8)📋
- Günəş və ay bir yerə gətirildiyi zaman,
(Qiyamət surəsi, 9)📋
- O gün insan: “Hara qaçmaq olar?” - deyəcəkdir.
(Qiyamət surəsi, 10)📋
- Xeyr! Heç bir sığınacaq yer olmayacaqdır.
(Qiyamət surəsi, 11)📋
- O gün gediləcək yer yalnız Rəbbinin hüzurudur.
(Qiyamət surəsi, 12)📋
- O gün insana etdiyi və təxirə saldığı hər şey xəbər veriləcəkdir.
(Qiyamət surəsi, 13)📋