Möminlər üçün cənnəti yaradandır MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Möminlər üçün cənnəti yaradandır" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- (Onlara belə deyiləcək:) “Bu sizin mükafatınızdır. Sizin (dünyadakı) səylərinizin əvəzi verilmişdir”.
(İnsan surəsi, 22)📋
- Biz axirət yurdunu (cənnəti) yer üzündə təkəbbürlənmək və fitnə-fəsad törətmək istəməyənlərə veririk. Gözəl aqibət təqva sahiblərinindir.
(Qəsas surəsi, 83)📋
- Buna görə də Allah onları o günün şərindən qoruyacaq, onlara gözəllik və sevinc bəxş edəcəkdir.
(İnsan surəsi, 11)📋
- Və səbr etdiklərinə görə onları cənnət və ipəklə mükafatlandırdı.
(İnsan surəsi, 12)📋
- İman edib hicrət edənlər, Allah yolunda malları və canları ilə cihad edənlər dərəcə etibarilə Allah dərgahında daha üstündürlər. Əsil uğur qazananlar onlardır.
(Tövbə surəsi, 20)📋
- Rəbbi onları, Öz tərəfindən bir mərhəmət, razılıq və onlar üçün içində bitməz-tükənməz nemətlər olan cənnətlərlə müjdələyir.
(Tövbə surəsi, 21)📋
- Şübhəsiz ki, iman edib yaxşı işlər görənlər üçün nemətləri bol olan cənnətlər vardır.
(Loğman surəsi, 8)📋