Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
(Ey elçi!) Biz Kitabı sənə haqq olaraq nazil etdik. Buna görə də sən dini Allaha məxsus edərək ixlasla Ona ibadət et!
(Zumər surəsi, 2)
Bilin ki, xalis din Allahındır. Ondan başqasını özlərinə dost tutanlar: “Biz onlara yalnız bizi Allaha yaxınlaşdırsınlar deyə ibadət edirik”, - deyirlər. Əlbəttə, Allah onların ixtilafda olduqları məsələlər barəsində aralarında hökm verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və inkarçı kimsəni doğru yola yönəltməz.
(Zumər surəsi, 3)
De: “Ey insanlar! Əgər mənim dinimə şübhə edirsinizsə, bilin ki, mən Allahı qoyub sizin ibadət etdiklərinizə ibadət etmərəm. Lakin sizin canınızı alan Allaha ibadət edərəm. Mənə, iman edənlərdən olmağım əmr olunmuşdur.
(Yunis surəsi, 104)
Ey iman edən bəndələrim! Şübhəsiz ki, Mənim yer üzüm genişdir. Yalnız Mənə ibadət edin!
(Ənkəbut surəsi, 56)