Qiyamət günündən qorxarlar MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Qiyamət günündən qorxarlar" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- O kəslər ki, nə ticarət, nə də alış-veriş onları Allahı anmaqdan, namaz qılmaqdan və zəkat verməkdən yayındırar. Onlar qəlbin və gözlərin çevriləcəyi (iztirab çəkəcəyi) bir gündən qorxarlar.
(Nur surəsi, 37)📋
- Onlar öz nəfsi çəkməsinə baxmayaraq yeməyi yoxsula, yetimə və əsirə yedirərlər.
(İnsan surəsi, 8)📋
- “Sizi yalnız Allah rizası üçün yedirdirik. Sizdən nə bir əvəz, nə də bir təşəkkür istəyirik.
(İnsan surəsi, 9)📋
- Şübhəsiz ki, biz çətin və ağır bir günə görə Rəbbimizdən qorxuruq”.
(İnsan surəsi, 10)📋