Münafiqləri cəzalandırırlar MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Münafiqləri cəzalandırırlar" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Üzr istəməyin! Siz iman etdikdən sonra (təkrar) inkar edən oldunuz. Sizdən (tövbə edən) bir qrupu bağışlasaq belə, bir qrupu da günahkar olduqlarına görə cəzalandıracağıq”.
(Tövbə surəsi, 66)📋
- (Musa) dedi: “Ey Samiri! Sənin məqsədin nədir?”
(Taha surəsi, 95)📋
- (Samiri) dedi: “Mən onların görmədiklərini gördüm. Belə ki, elçinin ləpirindən bir ovuc (torpaq) alıb onu (ərimiş zinət əşyalarının içinə) atdım. Nəfsim bunu mənə gözəl göstərdi”.
(Taha surəsi, 96)📋
- (Musa) dedi: “Elə isə, çıx get! Həyatın boyu: “Mənə yaxınlaşmayın!” - deməli olacaqsan. Həmçinin qurtula bilməyəcəyin bir əzab günü də səni gözləyir. Sitayiş etdiyin ilahına bax! Onu mütləq yandıracaq, sonra da dənizə tullayacağıq.
(Taha surəsi, 97)📋