Etibarlı insanlardır MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Etibarlı insanlardır" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Hud demişdi: “Ey qövmüm! Mən səfeh deyiləm, lakin aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir elçiyəm.
(Əraf surəsi, 67)📋
- Mən sizə Rəbbimin vəhylərini təbliğ edirəm və sizin üçün etibarlı bir nəsihətçiyəm.
(Əraf surəsi, 68)📋
- O iki qızdan biri utana-utana onun yanına gəlib dedi: “Atam heyvanlarımızı suladığına görə haqqını vermək üçün səni çağırır”. Musa onun (Şüeybin) yanına gəldiyi zaman başına gələnləri ona danışdı. O da: “Qorxma! Sən zalım qövmdən xilas olmusan”, - dedi.
(Qəsas surəsi, 25)📋
- Qızlardan biri: “Atacan! Onu muzdla (çoban) tut! Həqiqətən, o, muzdla tutduqlarının ən yaxşısı, ən güclüsü və ən etibarlısıdır”, - dedi.
(Qəsas surəsi, 26)📋
- Biz onlardan əvvəl Firon qövmünü də sınağa çəkmişdik. Onlara şərəfli bir elçi gəlmişdi.
(Duxan surəsi, 17)📋
- (O belə demişdi:) “Allahın bəndələrini mənə verin! Həqiqətən, mən sizə göndərilən etibarlı bir elçiyəm.
(Duxan surəsi, 18)📋
- Kral dedi: “Onu mənə gətirin! Onu özümə xas (müşavir) edəcəyəm”. (Kral) onunla danışarkən belə dedi: “Sən bu gün yanımızda yüksək mövqe sahibi, etibarlı bir şəxssən!”
(Yusif surəsi, 54)📋
- Həqiqətən, mən sizə göndərilən etibarlı bir elçiyəm.
(Şuəra surəsi, 178)📋
- O (Quran), dəyərli bir elçinin sözüdür.
(Təkvir surəsi, 19)📋
- O elçi güclüdür, Ərşin sahibi yanında çox hörmətlidir.
(Təkvir surəsi, 20)📋
- Orada (mələklər tərəfindən) itaət ediləndir, mötəbərdir.
(Təkvir surəsi, 21)📋