Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Əgər Allah bizi ondan (küfrdən) xilas etdikdən sonra təkrar sizin dininizə dönərsək, Allaha qarşı yalan uydurmuş olarıq. Rəbbimiz olan Allahın diləməsi istisna olmaqla, küfrə qayıtmaq bizə yaraşmaz. Rəbbimiz elmi ilə hər şeyi əhatə etmişdir. Biz Allaha təvəkkül etmişik. Ey Rəbbimiz, bizimlə qövmümüz arasında ədalətlə hökm ver! Sən hökm verənlərin ən xeyirlisisən”.
(Əraf surəsi, 89)
Onlara Nuhun xəbərini oxu! Vaxtilə o öz qövmünə demişdi: “Ey qövmüm! Əgər aranızda qalmağım və Allahın ayələrini xatırlatmağım sizə ağır gəlirsə, bilin ki, mən Allaha təvəkkül edirəm. Siz də şəriklərinizlə birlikdə işinizi qərarlaşdırın. Sonra işiniz başınıza dərd olmasın. Sonra haqqımda verdiyiniz hökmü icra edin və mənə heç möhlət də verməyin!
(Yunis surəsi, 71)
De: “Siz bizə iki yaxşılıqdan (qələbə çalmaq və şəhid olmaqdan) birinin gəlməsini gözləyirsiniz? Biz də Allahın Öz dərgahından və ya bizim əlimizlə sizi əzaba düçar etməsini gözləyirik. Ona görə də gözləyin! Biz də sizinlə birlikdə gözləyirik”.
(Tövbə surəsi, 52)
İman etməyənlərə de: “Əlinizdən gələni edin, biz də (əlimizdən gələni) edəcəyik.
(Hud surəsi, 121)
Sənə gələn bu elmdən sonra buna dair kim səninlə mübahisə edərsə, de ki: “Gəlin, sizlər və bizlər də daxil olmaqla, siz öz oğlanlarınızı, biz də öz oğlanlarımızı, siz öz qadınlarınızı, biz də öz qadınlarımızı çağıraq! Sonra da (Allaha) dua edib Allahın lənətinin yalançıların üzərinə olmasını diləyək!”
(Ali İmran surəsi, 61)
Yoxsa onların (bütlərin) yeriyən ayaqları, tutan əlləri, görən gözləri, eşidən qulaqlarımı var?! De: “Şərik qoşduqlarınızı çağırın! Sonra mənə tələ qurun və mənə heç möhlət də verməyin!
(Əraf surəsi, 195)
De ki: “Hamı gözləyir. Siz də gözləyin! Kimlərin doğru yol sahibi olduğunu və kimlərin haqq yolda olduğunu yaxında biləcəksiniz”.
(Taha surəsi, 135)
Sizin məni daşqalaq etməyinizdən mənim də, sizin də Rəbbiniz olan Allaha sığınmışam.
(Duxan surəsi, 20)
Əgər mənə inanmırsınızsa, məndən uzaq durun!”
(Duxan surəsi, 21)