Allahın dəstəyi daima yanlarındadır MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Allahın dəstəyi daima yanlarındadır" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Şübhəsiz ki, mənim himayədarım Kitabı (Quranı) nazil edən Allahdır. O, saleh əməl sahiblərini himayə edər.
(Əraf surəsi, 196)📋
- Allah (lövhi-məhfuzda): “Mən və elçilərim mütləq qalib gələcəyik!” - deyə yazmışdır. Allah güclüdür, qüdrətlidir.
(Mücadilə surəsi, 21)📋
- Onlara mütləq yardım olunacaqdır.
(Saffat surəsi, 172)📋
- Şübhəsiz ki, Bizim əsgərlərimiz qalib gələcəklər.
(Saffat surəsi, 173)📋
- Əgər siz ona (elçiyə) yardım etməsəniz, (bilin ki,) inkar edənlər ikinin ikincisini çıxartdıqları zaman Allah ona yardım etmişdi. İkisi mağarada ikən o, öz dostuna: “Kədərlənmə! Şübhəsiz ki, Allah bizimlə bərabərdir”, - deyirdi. Beləcə, Allah ona əminlik verdi, sizin görmədiyiniz əsgərlərlə (mələklərlə) onu dəstəklədi və inkar edənlərin sözünü alçaltdı. Allahın sözü isə ucadır. Allah yenilməz qüvvət və hikmət sahibidir.
(Tövbə surəsi, 40)📋
- Onlara yardım etdik və onlar (düşmənə) qalib gəldilər.
(Saffat surəsi, 116)📋
- Ruhdan düşməyin və kədərlənməyin! Əgər inanırsınızsa, üstün olan sizsiniz!
(Ali İmran surəsi, 139)📋
- Əgər onlar səni aldatmaq istəsələr, (bil ki,) Allah sənə yetər. O, köməyi ilə və möminlərlə səni dəstəkləyir.
(Ənfal surəsi, 62)📋