"Xüsusilə peyğəmbərlərə kin və qəzəb bəsləyərlər" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
(Ey möminlər!) Andlarını pozan, elçisi (yurdundan) çıxartmağa cəhd göstərən və sizə qarşı (döyüşə) ilk dəfə özləri başlayan bir qövmə qarşı döyüşməyəcəksinizmi? Yoxsa onlardan qorxursunuz? Əgər iman etmişsinizsə, (bilin ki,) ən çox Allahdan qorxmalısınız.
(Tövbə surəsi, 13)
Qənimətlər yurdları və mallarından uzaqlaşdırılan, Allahdan lütf və riza diləyən, Allaha və Onun elçisinə yardım edən yoxsul mühacirlərə məxsusdur. Onlar doğru olan kəslərdir.
(Həşr surəsi, 8)
Əgər səninlə mübahisə etsələr, de ki: “Allah sizin etdiyiniz əməlləri daha yaxşı bilir.
(Həcc surəsi, 68)
Əgər səninlə mübahisə edərlərsə, de ki: “Mənə tabe olanlarla birlikdə mən özümü Allaha təslim etmişəm”. Kitab verilmiş kimsələrə və ümmilərə də belə de: “Siz də (Allaha) təslim oldunuzmu?” Əgər təslim olarlarsa, doğru yola yönəlmiş olarlar. Əgər üz döndərərlərsə, sənin vəzifən ancaq təbliğ etməkdir. Allah bəndələrini görəndir.
(Ali İmran surəsi, 20)