""
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- (Ey möminlər!) Andlarını pozan, elçisi (yurdundan) çıxartmağa cəhd göstərən və sizə qarşı (döyüşə) ilk dəfə özləri başlayan bir qövmə qarşı döyüşməyəcəksinizmi? Yoxsa onlardan qorxursunuz? Əgər iman etmişsinizsə, (bilin ki,) ən çox Allahdan qorxmalısınız.
(Tövbə surəsi, 13)📋
- Qənimətlər, hicrət edən kasıblara məxsusdur ki, onlar, Allahdan lütf və riza diləyib, Allaha və Onun elçisinə yardım edərkən yurdlarından və mallarından uzaqlaşdırılmışlar. Onlar sadiq olan kəslərdir.
(Həşr surəsi, 8)📋
- Əgər səninlə mübahisə etsələr, de ki: “Allah sizin etdiyiniz əməlləri daha yaxşı bilir.
(Həcc surəsi, 68)📋
- Əgər səninlə mübahisə edərlərsə, de ki: “Mənə tabe olanlarla birlikdə mən özümü Allaha təslim etmişəm”. Kitab verilmiş kimsələrə və ümmilərə də belə de: “Siz də (Allaha) təslim oldunuzmu?” Əgər təslim olarlarsa, doğru yola yönəlmiş olarlar. Əgər üz döndərərlərsə, sənin vəzifən ancaq təbliğ etməkdir. Allah bəndələrini görəndir.
(Ali İmran surəsi, 20)📋