"Gizli toplaşıb möminlərə qarşı üsyan və düşmənçilik planları qurarlar" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Gizli söhbət etmələri qadağan edildikdən sonra təkrar qadağan edilən işlərə geri dönərək günah, düşmənçilik və elçiyə qarşı çıxmaq barədə öz aralarında gizlicə pıçıldaşanları görmədinmi? Onlar sənin yanına gəldikləri zaman Allahın səni salamlamadığı kimi səni salamlayır və ürəklərində: “Allah dediklərimizə görə bizə əzab verməli deyildimi?” - deyirlər. Girəcəkləri cəhənnəm onlara yetər. O nə pis bir qayıdış yeridir!
(Mücadilə surəsi, 8)
Onlar (etdiklərini) insanlardan gizlətsələr də, Allahdan gizlədə bilməzlər. Gecə vaxtı Onun razı qalmadığı sözləri sərf etdikləri zaman da Allah onların yanında idi. Allah onların etdiklərini (elmi ilə) əhatə etmişdir.
(Nisa surəsi, 108)