MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Bu vaxt onlardan bir dəstə: “Ey Yəsrib (Mədinə) xalqı, sizin üçün burada qalacaq yer yoxdur, geri qayıdın!” – demişdi. Onlardan bir dəstə də elçidən izin istəyərək: “Həqiqətən, evlərimiz açıqdır (təhlükə altındadır)”, - deyirdilər. Halbuki, evləri açıq deyildi. Onlar sadəcə olaraq (döyüşdən) qaçmaq istəyirdilər.
(Əhzab surəsi, 13)📋
- Şübhəsiz ki, Allah sizdən (döyüşə) mane olanları da, qardaşlarına: “Bizim yanımıza gəlin!” - deyənləri də tanıyır. Onların yalnız az bir hissəsi döyüşə gələr.
(Əhzab surəsi, 18)📋
- Əgər onlar sizi ələ keçirsələr, sizə düşmən kəsiləcək, əlləri və dilləri ilə sizə pislik edəcəklər. Onlar sizin haqqı inkar etməyinizi istəyirlər.
(Mumtəhənə surəsi, 2)📋
- Allahın elçisinə qarşı çıxaraq arxada qalanlar (cihada çıxmayıb evdə) oturmalarına sevindilər. Onlar Allah yolunda malları və canları ilə cihad etməkdən xoşlanmadılar və: “İstidə döyüşə çıxmayın!” - dedilər. De: “Cəhənnəm odu daha istidir”. Kaş biləydilər!
(Tövbə surəsi, 81)📋