Allah yolunda xərcləməzlər MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Allah yolunda xərcləməzlər" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Onlardan bəzisi də: “Əgər Allah bizə Öz lütfündən (mal-mülk) verərsə, mütləq sədəqə verəcək və əməlisalehlərdən olacağıq”, - deyə Allaha söz verdilər.
(Tövbə surəsi, 75)📋
- Ancaq Allah Öz lütfündən onlara (mal-mülk) verdiyi zaman xəsislik etdilər və üz çevirərək (sözlərindən) döndülər.
(Tövbə surəsi, 76)📋
- Beləcə, Allaha verdikləri sözə xilaf çıxmaları və yalan danışmaları səbəbi ilə Onunla qarşılaşacaqları axirət gününə qədər Allah onların qəlbinə nifaq saldı.
(Tövbə surəsi, 77)📋