""
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Onlar (insanları) Allah yolundan döndərən və onu (haqq yolu) əyri göstərmək istəyən kəslərdir. Məhz onlar axirəti inkar edənlərdir.
(Hud surəsi, 19)📋
- Ayələrimizi təsirsiz hala salmaq üçün səy göstərənlərə gəldikdə, onlar cəhənnəm əhlidirlər.
(Həcc surəsi, 51)📋
- Dünya həyatını axirətdən üstün tutan, (insanları) Allah yolundan döndərən və əyri yolu istəyənlər (haqdan) uzaq bir zəlalət içindədirlər.
(İbrahim surəsi, 3)📋
- Başlarına gələn müsibətdən sonra insanlara bir rəhmət (rahatlıq) dadızdırsaq, yenə ayələrimiz barəsində onların bir hiyləsi olar. De ki: “Allahın hiyləsi daha sürətlidir”. Şübhəsiz, elçilərimiz (mələklər) qurduğunuz hiylələri yazırlar”.
(Yunis surəsi, 21)📋
- Allaha iman edənləri qorxutmaq, Onun yolundan döndərmək və onu (Allah yolunu) əyib-bükmək məqsədilə hər yolun başında əyləşməyin! Xatırlayın ki, bir zaman siz az idiniz, O sizi çoxaltdı. Bax gör, fitnə-fəsad törədənlərin aqibəti necə oldu!
(Əraf surəsi, 86)📋