""
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Ona görə də Bizi anmaqdan üz çevirən və dünya həyatından başqa bir şey istəməyənlərdən üz döndər!
(Nəcm surəsi, 29)📋
- Bu ona görədir ki, siz Allahın ayələrini ələ salırdınız və dünya həyatı sizi aldatmışdı”. Bu gün onlar oradan çıxarılmayacaqlar və onlardan Allahın rizasını qazanmaları da tələb olunmayacaqdır.
(Casiyə surəsi, 35)📋
- De: “Əgər valideyniniz, övladlarınız, bacı-qardaşlarınız, həyat yoldaşınız, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz məskənlər sizə Allahdan, Onun elçisindən və Onun yolunda cihad etməkdən daha əzizdirsə, Allah Öz əmri ilə gəlincəyə qədər gözləyin. Allah günahkarları doğru yola yönəltməz”.
(Tövbə surəsi, 24)📋
- Həcc ibadətlərinizi qurtardığınız zaman (keçmişdə) atalarınızı yad etdiyiniz kimi, hətta ondan da güclü şəkildə Allahı yad edin! İnsanlardan eləsi var ki: “Ey Rəbbimiz, bizə bu dünyada ver!” – deyər. Beləsinin axirətdə heç bir nəsibi yoxdur.
(Bəqərə surəsi, 200)📋
- Yaratdığım o kimsəni Mənə burax!
(Müddəssir surəsi, 11)📋
- Mən ona çoxlu mal-mülk verdim.
(Müddəssir surəsi, 12)📋
- Yanındakı övladlar verdim.
(Müddəssir surəsi, 13)📋
- Ona hər cür imkanlar verdim.
(Müddəssir surəsi, 14)📋
- Bundan sonra o, yenə də (bu imkanları) artırmağımı istəyir.
(Müddəssir surəsi, 15)📋
- Dinlərini oyun-əyləncəyə çevirən və dünya həyatının aldatdığı kəslər bu günləri (axirət günü) ilə qarşılaşacaqlarını unutduqları və ayələrimizi inkar etdikləri kimi, Biz də bu gün onları unudarıq.
(Əraf surəsi, 51)📋
- Dünya həyatını axirətdən üstün tutan, (insanları) Allah yolundan döndərən və əyri yolu istəyənlər (haqdan) uzaq bir zəlalət içindədirlər.
(İbrahim surəsi, 3)📋