Böyük bir yanılma içindədirlər MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Böyük bir yanılma içindədirlər" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Əgər insanlar xeyri tələsik istədikləri kimi, Allah da şəri tələsik versəydi, həqiqətən, onların əcəlləri çatmış olardı. Bizimlə qarşılaşacaqlarına ümid etməyənləri öz azğınlıqları içində çaşqın bir halda qoyarıq.
(Yunis surəsi, 11)📋
- Yaxud Rəhman olan Allaha qarşı sizə yardım edəcək əsgərləriniz kimlər olacaq? İnkar edənlər ancaq aldanırlar.
(Mülk surəsi, 20)📋
- Yoxsa sən onların əksəriyyətinin söz dinləyəcəyini, yaxud düşünəcəyinimi zənn edirsən? Onlar heyvan kimidirlər, hətta daha da azğın bir yoldadırlar.
(Furqan surəsi, 44)📋
- Haqq olan vəd (qiyamət günü) yaxınlaşdığı zaman birdən inkar edən olanların gözləri bərələr (və belə deyərlər): “Vay halımıza! Həqiqətən, biz bundan xəbərsiz idik. Əksinə, biz zalım kimsələrmişik”.
(Ənbiya surəsi, 97)📋