Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Çünki siz qadınları qoyub kişilərə şəhvətlə yaxınlaşırsınız. Siz həqiqətən, həddi aşmış bir qövmsünüz!”
(Əraf surəsi, 81)
Siz insanlardan kişilərləmi yaxınlıq edirsiniz?
(Şuəra surəsi, 165)
Allah tövbələrinizi qəbul etmək istəyir. (Nəfsani) arzularına uyanlar isə sizin böyük bir əyriliyə (əyri yola) meyil etməyinizi istəyirlər.
(Nisa surəsi, 27)
Ancaq onlardan sonra namazı tərk edib nəfslərinin arzularına uyan bir nəsil gəldi. Buna görə də onlar (cəhənnəmdəki) Ğəyy dərəsinə düşəcəklər.
(Məryəm surəsi, 59)
Qadınlara, uşaqlara, qızıl-gümüş yığınlarına, yaxşı cins atlara, mal-qaraya və əkin sahələrinə qarşı nəfsani istəklər insanlara gözəl göstərilmişdir. Bunlar dünya həyatının (müvəqqəti) mənfəətləridir. Ən gözəl dönüş yeri Allah dərgahındadır.
(Ali İmran surəsi, 14)