Şəhvətlərinə düşkündürlər MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Şəhvətlərinə düşkündürlər" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Çünki siz qadınları qoyub kişilərə şəhvətlə yaxınlaşırsınız. Siz həqiqətən, həddi aşmış bir qövmsünüz!”
(Əraf surəsi, 81)📋
- Siz insanlardan kişilərləmi yaxınlıq edirsiniz?
(Şuəra surəsi, 165)📋
- Allah tövbələrinizi qəbul etmək istəyir. (Nəfsani) arzularına uyanlar isə sizin böyük bir əyriliyə (əyri yola) meyil etməyinizi istəyirlər.
(Nisa surəsi, 27)📋
- Ancaq onlardan sonra namazı tərk edib nəfsinin arzularına uyan bir nəsil gəldi. Buna görə də onlar (cəhənnəmdəki) Ğəyy dərəsinə düşəcəklər.
(Məryəm surəsi, 59)📋
- Qadınlara, uşaqlara, qızıl-gümüş yığınlarına, yaxşı cins atlara, mal-qaraya və əkin sahələrinə qarşı nəfsani istəklər insanlara gözəl göstərilmişdir. Bunlar dünya həyatının (müvəqqəti) mənfəətləridir. Ən gözəl dönüş yeri Allah dərgahındadır.
(Ali İmran surəsi, 14)📋