İnsanların haqqını əskiltməyin və yer üzündə fitnə-fəsad törədərək qarışıqlıq salmayın!
(Şuəra surəsi, 183)
(Həddi-büluğa çatdıqları zaman) yetimlərə mallarını (geri) verin və pisi yaxşı ilə dəyişdirməyin! Onların mallarını öz mallarınıza qatıb yeməyin! Həqiqətən, bu, böyük günahdır.
(Nisa surəsi, 2)
Həmçinin (bunu,) onlara qadağan olunduğu halda faiz aldıqları və haqsızlıqla insanların malını yedikləri üçün etdik. Onlardan inkar edən olanlar üçün acı bir əzab hazırlamışıq.
(Nisa surəsi, 161)
Mədyən qövmünə də qardaşları Şüeybi (elçi) göndərdik. O demişdi: “Ey qövmüm, Allaha ibadət edin! Sizin Ondan başqa heç bir ilahınız yoxdur. Sizə Rəbbinizdən açıq-aşkar bir dəlil gəlmişdir. Elə isə ölçüdə və tərəzidə düzgünlüyə riayət edin! İnsanların mallarını əskik verməyin! İslah edildikdən sonra yer üzündə fitnə-fəsad törətməyin! Əgər iman etmişsinizsə, bu sizin üçün daha xeyirlidir.
(Əraf surəsi, 85)