Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Allah İbrahimə hökmranlıq verdiyinə görə Rəbbi barəsində onunla (İbrahimlə) mübahisə edən şəxsi (Nəmrudu) görmədinmi? O zaman İbrahim demişdi: “Mənim Rəbbim dirildir və öldürür”. O da: “Mən də dirildir və öldürürəm”, – demişdi. İbrahim: “Şübhəsiz ki, Allah Günəşi şərqdən gətirir. Sən də onu qərbdən gətir!” – demiş, həmin vaxt o inkar edən donub qalmışdı. Allah zalım qövmü doğru yola yönəltməz!
(Bəqərə surəsi, 258)
Onlar: “Biz mal-mülk və övlad cəhətdən daha çoxuq, əzaba düçar olası da deyilik”, – dedilər.
(Səba surəsi, 35)
Firon öz qövmünə səslənərək belə dedi: “Ey qövmüm! Misirin hökmranlığı və ayaqlarımın altından axan bu çaylar mənim deyilmi? Məgər (mənim əzəmətimi) görmürsünüzmü?!
(Zuxruf surəsi, 51)
O, heç kəsin ona gücü çatmayacağınımı zənn edir?
(Bələd surəsi, 5)
O: “Mən çoxlu mal-mülk sərf etmişəm!” - deyir.
(Bələd surəsi, 6)
Onun başqa gəliri də var idi. Ona görə də yoldaşı ilə söhbət edərkən ona: “Mən, mal-mülk cəhətdən səndən daha zənginəm, (əşirətdəki) say etibarilə də səndən daha güclüyəm!” - dedi.
(Kəhf surəsi, 34)
O, mal-mülkünün onu əbədi saxlayacağını zənn edər.
(Hüməzə surəsi, 3)
De: “Kim zəlalət içindədirsə, qoy Rəhman (olan Allah) ona uzun müddət möhlət versin!” Nəhayət, özlərinə vəd olunanı - əzabı, yaxud qiyaməti gördükləri zaman kimin məqamının daha pis, kimin əsgərlərinin (yardımçılarının) daha zəif olduğunu biləcəklər.
(Məryəm surəsi, 75)
Onun mal-mülkü və övladları olsa belə!
(Qələm surəsi, 14)
Ayələrimiz ona oxunduğu zaman o: “Əvvəlkilərin əfsanələridir!” - deyər.
(Qələm surəsi, 15)
Çoxluqla öyünmək sizin başınızı o qədər qatdı ki,
(Təkasur surəsi, 1)