Dünyadakı bütün cəhdləri boşa gedəcəkdir MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Dünyadakı bütün cəhdləri boşa gedəcəkdir" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Kim dünya həyatını və onun zinətini istəyərsə, onlara əməllərinin əvəzini orada tam verərik və onlar heç bir haqsızlığa məruz qalmazlar.
(Hud surəsi, 15)📋
- Onların axirətdə oddan başqa heç bir payı olmayacaqdır. (Bu dünyada) gördükləri işlər orada puç olacaq və etdikləri əməllər boşa çıxacaqdır.
(Hud surəsi, 16)📋
- (Onların) bu dünya həyatında sərf etdikləri şeylərin misalı, özünə zülm edən bir qövmün əkinlərini vurub onu məhv edən soyuq bir küləyin misalı kimidir. Allah onlara zülm etmədi, lakin onlar öz-özlərinə zülm etdilər.
(Ali İmran surəsi, 117)📋
- De: “Etdikləri əməllər baxımından ən çox ziyana uğrayanları sizə xəbər verəkmi?
(Kəhf surəsi, 103)📋
- (Bunlar) yaxşı işlər gördüklərini zənn etdikləri halda, dünya həyatındakı səyləri hədər getmiş kəslərdir.
(Kəhf surəsi, 104)📋
- Onlar Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını inkar edən və beləcə, əməlləri puça çıxan kəslərdir. Buna görə də qiyamət günü Biz onlar üçün heç tərəzi də qurmayacağıq.
(Kəhf surəsi, 105)📋