""
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- O, həm beşikdə ikən, həm də yetkinlik çağında insanlarla danışacaq və salehlərdən olacaqdır”.
(Ali İmran surəsi, 46)📋
- O zaman Məryəm ona (qucağındakı körpəyə) işarə etdi. Onlar: “Biz beşikdəki bir körpə ilə necə danışaq?” - dedilər.
(Məryəm surəsi, 29)📋
- Bir zaman o, astadan Rəbbinə səslənmişdi.
(Məryəm surəsi, 3)📋
- Harada oluramsa olum, məni mübarək etdi və mənə yaşadığım müddətdə namaz qılıb zəkat verməyi əmr etdi.
(Məryəm surəsi, 31)📋
- Məni anama qarşı qayğıkeş etdi, təkəbbürlü bir üsyankar etmədi!
(Məryəm surəsi, 32)📋
- Doğulduğum gün, öləcəyim gün və diriləcəyim gün mənə salam olsun!”
(Məryəm surəsi, 33)📋
- O, barəsində şübhə etdikləri haqq söz olan Məryəm oğlu İsadır.
(Məryəm surəsi, 34)📋
- Ey iman edənlər, Allahın sizə olan nemətini xatırlayın! O vaxt bir tayfa sizə əl qaldırmaq (hücum etmək) niyyətində idi. Ancaq (Allah) onların əllərini sizdən çəkmişdi. Allahdan qorxun! Möminlər də Allaha təvəkkül etsinlər.
(Maidə surəsi, 11)📋