Hz.İsanın Həvarilərindən yardım istəməsi MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Hz.İsanın Həvarilərindən yardım istəməsi" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- İsa onların (yəhudilərin) inkarçılıqlarını hiss etdikdə dedi: “Allaha gedən yolda mənim köməkçilərim kim olacaq?” Həvarilər dedilər: “Biz Allahın (dininin) köməkçiləriyik. Allaha iman etmişik və sən də şahid ol ki, biz (Allaha) təslim olmuşuq!”
(Ali İmran surəsi, 52)📋
- (Həvarilər dedilər:) “Ey Rəbbimiz, nazil etdiyinə (İncilə) iman etdik və elçisinə tabe olduq. Elə isə, bizləri (Sənin birliyini və elçisini təsdiq edən) şahidlərlə birlikdə yaz!”
(Ali İmran surəsi, 53)📋
- Ey iman edənlər, Allahın yardımçıları olun! Necə ki, Məryəm oğlu İsa həvarilərə: “Allah yolunda mənim yardımçılarım kimlərdir?” - demişdi. Həvarilər də: “Allahın yardımçıları bizik!” - demişdilər. İsrail oğullarından bir tayfa (İsaya) iman etdi, bir tayfa isə onu inkar etdi. Biz də iman edənləri düşmənlərinə qarşı dəstəklədik və onlar qalib gəldilər.
(Saff surəsi, 14)📋