Hz.İsanın doğumu MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Hz.İsanın doğumu" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Beləcə, (Məryəm) ona (İsaya) hamilə qaldı və buna görə də onunla birlikdə uzaq bir yerə çəkildi.
(Məryəm surəsi, 22)📋
- Doğum sancısı onu bir xurma ağacının gövdəsinə (söykənməyə) sövq etdi. Məryəm dedi: “Kaş mən bundan əvvəl ölüb tamamilə unudulaydım!”
(Məryəm surəsi, 23)📋
- Aşağı tərəfindən ona belə səsləndi: “Kədərlənmə! Rəbbin sənin (ayağının) altında bir su arxı yaratmışdır.
(Məryəm surəsi, 24)📋
- Xurma ağacının gövdəsini özünə tərəf silkələ ki, üstünə yetişmiş təzə xurmalar tökülsün.
(Məryəm surəsi, 25)📋
- (Bunlardan) ye, iç! Gözün aydın olsun! Əgər insanlardan kimisə görsən, de ki: “Mən Rəhman (olan Allah) üçün (susma) orucu tutmuşam. Ona görə də bu gün heç bir insanla danışmayacağam!”
(Məryəm surəsi, 26)📋